29 oktyabr - 1 noyabr tarixlərində İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" ("La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçiriləcək.

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların qatıldığı tədbirdə Azərbaycan da təmsil olunacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İKKROM, İCOMOS və UNWTO kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin də iştirakı onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq.
Yarmarkada ölkəmizin arxeoloji turizm imkanlarını nümayiş etdirmək üçün 24 kvadratmetr sahədə stend qurulub. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və italyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunmuş reklam məhsulları ilə təmin olunub.
Xatırladaq ki, ötən il keçirilmiş XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikası "rəsmi qonaq ölkə" statusunda iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar