Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanının icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılmışdır.
Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə təşkil ediləcəkdir.
Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.