Özbəkistan saytlarında Qəbələ haqqında məqalə yayılıb

Özbəkistanın podrobno.uz, 1.news.uz və uchildiz.uz portallarında “Qəbələ - Azərbaycanın qədim şəhəri və turizmin parlayan ulduzu” adlı məqalə dərc olunub.
Məqalədə altı əsr Qafqaz Albaniyasının paytaxtı olmuş şəhər haqqında ətraflı məlumat verilir. Bildirilir ki, regionun füsunkar təbiəti, mülayim iqlim şəraiti turizmin inkişafı üçün imkanlar açır, yay turizmi ilə yanaşı, qış turizminin inkişafı üçün də mühüm işlər görülür. Azərbaycanın turizm diyarı olan Qəbələdə beşulduzlu hotellər, brend restoranlar, qış turizminin inkişafı istiqamətində layihə olan “Tufandağ” qış-yay turizm kompleksi fəaliyyət göstərir.
Məqalədə Qəbələnin Azərbaycanın musiqi şəhərinə çevrildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il bu şəhərdə beynəlxalq musiqi festivalının keçirildiyi də diqqətə çatdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar