Xarici internet portallarında ölkəmizin turizm imkanları təbliğ olunacaq

Hazırda dünyada 3 milyarddan artıq insan internetdən istifadə edir. Bu da öz növbəsində qlobal internet məkanını təbliğat üçün effektiv bir vasitəyə çevirib. Bir sıra xarici ölkələrin təcrübəsinin təhlili göstərir ki, son zamanlar turizm və iqtisadiyyatın digər sahələrində elektron marketinq daha geniş istifadə olunur. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha effektiv təbliğat və informasiya təsirinə malikdir.
Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyində turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb.
İşçi qrup nazirliyin marketinq planına əsasən hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar