Ötən bazar günü Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tofino şəhəri sahillərində səyahət gəmisinin qəzaya uğramasına balinanın səbəb olduğu aydınlaşıb. Bu barədə ilkin təhqiqatın nəticələrinə əsasən məlumat yayılıb. Balinaları müşahidə etmək üçün dənizə yollanan turistlər faciədən qabaq gəminin sol göyərtəsinə toplaşıblar. Bu zaman gəminin altında olan balina suyun üzərinə doğru hərəkət edərək sağ göyərtəyə toxunub. Nəticədə gəmi çevrilərək batıb.
Hadisə zamanı gəminin göyərtəsindəki 27 nəfərdən 21-i xilas edilib. 5 Britaniya vətəndaşı və Avstraliyadan olan bir turist dünyasını dəyişib.
Səyahət gəmisinin “Jamie"s Whaling Station and Adventure Centres” kompaniyasına məxsus olduğu bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar