Azərbaycanın turizm potensialının daha geniş təbliği və bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülür. Mərkəzin turizm üzrə mütəxəssisləri tərəfindən Qala, Qobustan, Dənizkənarı Milli Park, İçərişəhər və digər məkanlara, muzeylərə yeni turlar hazırlanıb. Mərkəzin saytında həmin turlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar verilir.
Mərkəzə gələnlərə yeni turlar təklif edilir. Eyni zamanda qonaqların Bakının tarixi abidələri, görməli yerləri, hotelləri və s. haqqında məlumatları əldə etməsi məqsədilə mərkəzdə bələdçi tərcüməçi qrupu yaradılıb. Burada əcnəbi turist və qonaqlara ölkəmizin turizm potensialı barədə çap məhsulları təklif olunur, onlar üçün pulsuz “Wi-Fi” xidməti təşkil edilib.
Mərkəzə gələn turistlərin müraciətlərinin bir qismi də turizm-informasiya yönlü yol nişan və işarələrin azlığı ilə bağlıdır. Hazırda respublikanın şəhər və rayonlarında görməli, əyləncə və istirahət yerləri, tarixi abidələrin yol nişan və işarələri olduqca azdır və ya turizm infrastrukturunun real vəziyyətini əks etdirmir. Bununla bağlı mərkəz bir sıra turizm-informasiya yönlü yeni yol nişan və işarələri hazırlanmasını təklif edib. Bu işdə BMT-nin Ümumdünya Turizm Təşkilatının tövsiyələrindən və Rusiya, Belarus kimi ölkələrin təcrübəsindən istifadə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar