“World Travel Market” beynəlxalq turizm sərgisinə 180-dək ölkə qatılıb

Noyabrın 2-dən 5-dək Böyük Britaniyanın London şəhərində Dünya Turizm Sərgisi (World Travel Market) keçirilib. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub.

Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Şahdağ” Turizm Mərkəzi, Azərbaycan Konqreslər Bürosu, habelə “Boulevard hotel”, “Qafqaz” hotellər qrupu, “Four Seasons”, “Gilan turizm”, “Silkway travel”, “Turizm.az”, “AL travel”, “Atlas travel”, “Geo travel”, “Galaxy travel”, “Ata travel”, “The Tour”, “ENC tours” və “Delta group” şirkətlərinin təmsilçiləri daxildir.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanları 104 kvadratmetr sahəsi olan stenddə təqdim edilib. Stendimizdə mədəniyyətimiz, tariximiz, eləcə də ölkəmizin görməli yerləri haqqında ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub. Ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb. Sərgi zamanı ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai də ziyarət edib və nümayəndə heyəti ilə görüşüb.
Sərginin ikinci günü “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı Ümumdünya Turizm Təşkilatının və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə nazirlərin sammiti keçirilib.
Samitə 59 ölkədən nazir, vəzifəli şəxs, eləcə də ölkələrin rəsmi nümayəndələri qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də iştirak edib. Sammitdə qloballaşan media landşaftında uğurlu məkan brendinin yaradılması metodları, milli brendinq və məkan brendinqi arasındakı əlaqələr, məkan marketinqi təşkilatlarının dəyişməkdə olan rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Qeyd edək ki, “World Travel Market” sərgisi dünya turizm sənayesində əhəmiyyətli yerə malikdir. 2002-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 13-cü dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər. Sərgidə 180-dək ölkədən 9 minədək şirkət təmsil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar