İki ölkənin turizm imkanlarının qarşılıqlı tanıdılması məqsədilə işçi görüş keçirilib

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Argentinadakı səfirliyi və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərində olublar.
Noyabrın 5-dən 10-dək davam edən səfər ölkəmizə turistlərin cəlb olunması, həmçinin Argentinanın aparıcı turizm şirkətləri ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə təşkil edilib.
Səfər çərçivəsində noyabrın 6-da Bakıdakı “Boulevard” mehmanxanasında Argentina və Azərbaycanın turizm şirkətləri arasında işçi görüşü (work shop) keçirilib. Görüşdə “Geo-travel”, “İmprotex travel”, “Regea travel”, “Millennium Tourism and Congress DMC”, “Atlas travel”, “Gilan Tourism”, “Victory tour”, “Spektr travel” və “Turizm.az” turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev çıxış edib. Həmçinin ölkəmizin turizm potensialına dair video təqdimat izlənilib.
Tədbir çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar