Beynəlxalq Mətbuat Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı və İslam Konfransı Gənclər Forumunun təşkilati dəstəyi ilə “Şəms Təbrizidən Mövlanayadək: irfan xəzinəsində Azərbaycan izləri” adlı elmi konfrans keçirilib. 

   Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edərək İslam mədəniyyətinin bir nümunəsi olan irfan mədəni irsinə Azərbaycan alim və mütəfəkkirlərinin verdiyi töhfələrdən danışıb.
   “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva irfan və təsəvvüf tarixinin, ədəbiyyatının daha geniş şəkildə təbliğata ehtiyacı olduğunu vurğulayıb. Azərbaycanlı və türk irfan alimlərinin İslamın inkişafında özünəməxsus yeri olduğunu deyən millət vəkili Şəms Təbrizi, Cəlaləddin Rumi, Şirvani, Bakuvi kimi alimlərin rolunu xüsusi qeyd edib.
   Tədbirdə çıxış edən ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev bildirib ki, qloballaşan dünyamızda islamın inkişafında Mövlananın əsərlərinə xüsusi ehtiyac var.
   Sonra Türkiyədən dəvət olunmuş yazar, professor Camalnur Sarqut, Türkiyə Cümhuriyyətinin dini işlər üzrə müşaviri Sadıq Ərarslan və başqaları məruzələrlə çıxış ediblər. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar