Noyabrın 11-də “JW Marriott Absheron Baku” mehmanxanasında Azərbaycanın və Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib. Görüşdə Sloveniya Turizm Agentliyi və “B2B Luxury & Mice Workshop” turizm təşkilatı iştirak edib.
Tədbirdə Sloveniyanın turizm potensialının təqdimatı olub. Bu ölkədə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal şəhərlər və s. haqqında məlumat verilib.
Həmçinin yerli turizm şirkətləri ilə Sloveniya hotelləri, sağlamlıq mərkəzləri, spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib. İki ölkə arasında turist mübadiləsinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar