Noyabrın 14-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə “Park Bulvar” Ticarət Mərkəzində 3-cü “Mövsüm səyahət yarmarkası” keçiriləcək. Tədbir daxili turizmin dəstəklənməsi və təbliği məqsədi daşıyır.
Yarmarkada Azərbaycan Turizm Assosiasiyasının üzvü olan 20-dək şirkət və mehmanxana öz məhsullarını təqdim edəcək.
“Mövsüm səyahət yarmarkası”nda Azərbaycanda reallaşdırılacaq Yeni il turları, Bakıdakı və regionlardakı hotellərdə, istirahət mərkəzlərində keçiriləcək bayram proqramları və bu münasibətlə hazırlanan turpaketlər barədə məlumatlar veriləcək.
Belə tədbirlər yerli turizm bazarının inkişafına təkan verir. İndiyədək keçirilən yarmarkaları minlərlə insan ziyarət edib. Bu da insanların yerli istirahət məkanlarına marağının böyük olduğunu göstərir.
Yarmarkaya gələnlər bayram tətili günlərində yerli turizm məkanlarında öz büdcələrinə uyğun istirahət imkanları haqqında məlumat alacaqlar.
Tədbir çərçivəsində tanınmış incəsənət ustalarının çıxışları da gözlənilir. Həmçinin ABŞ-ın caz qrupu - məşhur ifaçı Gabriel Stravelli və caz triosu Cim Riddl, Patrik Oleari, Cordan Yonq da çıxış edəcəklər.
Tədbir saat 12.00-dan 20.00-dək davam edəcək.
Qeyd edək ki, 1-ci “Mövsüm səyahət yarmarkası” 2014-cü ilin noyabrında keçirilib. Mövsüm səyahət yarmarkaları davamlı olaraq ildə üç dəfə - Yeni il, Novruz bayramı və yay fəsli öncəsi təşkil olunur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar