Gələn ilin yanvarında Nyu-Yorkda keçiriləcək turizm sərgisində Azərbaycanın və Gürcüstanın turizm şirkətlərinin birgə sərgisi planlaşdırılır. Bu barədə Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze bildirib.
Onun sözlərinə görə, sərgidə Azərbaycanın və Gürcüstanın turizm potensialı ilə bağlı foto və video slaydlar, hər iki ölkənin mətbəxinin təamları nümayiş etdiriləcək: “Bu, bizim turizm strukturları arasında birgə həyata keçiriləcək ilk beynəlxalq tədbir olacaq. Məqsədimiz iki dost və qardaş ölkənin turizm potensialına Amerika ictimaiyyətinin diqqətini cəlb etməkdir. İnanırıq ki, bu sərginin təşkili turizm sahəsində birgə əməkdaşlığımızın inkişafı üçün mühüm addım olacaq”.
Agentliyin sədri Gürcüstanın Azərbaycan ilə digər sahələrdə olduğu kimi, turizm sahəsində də çox gözəl münasibətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə birgə əməkdaşlığa dair sənəd hazırlanıb. Sənəddə ölkələrimizin turizm potensialının inkişafı ilə əlaqədar bir sıra layihələr nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 11-də Tbilisidə iqtisadiyyatın inkişafında inklüziv turizmin roluna həsr olunan beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçiləri ilə yanaşı, müxtəlif ölkələrdən 150-yə yaxın nümayəndə iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar