Prezident yanında Bilik Fondu Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüş təşkil edib.
Mərkəzin müdiri Əhməd Sami əl-Aydi rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə tələbələrə məlumat verib, ölkəsinin tarixi, müasir inkişafı, Azərbaycan-Misir əlaqələri barədə danışıb, Misirin qabaqcıl təhsil ocaqlarından olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb. O, Turizm və Menecment Universitetinin müəllim və tələbə heyətini Misirin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq mərkəzə gəlib, orda bir çox sahələri əhatə edən zəngin kitabxanadan istifadə etməyə dəvət edib.
Mərkəzin rəhbəri mühazirəsində Misirin turizm imkanları, turizm və mehmanxana sənayesinin inkişafı barədə də söz açıb. Misir universitetləri ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında müqavilələrin bağlanması və tələbə mübadiləsi, ay tətili müddətində tələbələrin mehmanxana işləri barədə Misirdə təcrübə keçmələri barədə təkliflər irəli sürüb.
Sonda Əhməd Sami əl-Aydi tələbələri maraqlandıran suallara cavab verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar