Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti dəfə M&I Forumunda iştirak edəcək.
Qlobal Görüşlər Sənayesi bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən M&I Şərqi Avropa, Körfəz və Hindistan Forumu 22-26 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində baş tutacaq.
Tədbirdə Büronu beynəlxalq satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edəcək. Forum müxtəlif ölkələrdən 150 alıcı və 70 təchizatçını bir araya gətirəcək.