Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov noyabrın 16-da İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luiz Diez ilə görüşüb. Rektor iki ölkə arasında münasibətlərin inkişafından söz açıb, qonağa tədris ocağı barədə məlumat verib. Qeyd olunub ki, 2006-cı ildə fəaliyyətə başlayan təhsil müəssisəsi dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurub.
Görüş zamanı hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri müzakirə edilib.
Diplomat universitetin kitabxanası və “Dillər mərkəzi”nin fəaliyyəti ilə də tanış olub, ispan dili fənnini tədris edən müəllimlərlə fikir mübadiləsi aparıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar