Koreyanın paytaxtı Seulda “Moon Hoon” memarlıq şirkətinin layihəsi əsasında 3 mərtəbəli qonaq evi inşa olunub. “Go.mir” adlandırılan layihə əjdaha formasındadır və doğrudan da nağıllar aləminin bu nəhəng heyvanını xatırladır.
Binanın birinci mərtəbəsində kafe, kiçik otaqlar yerləşir. İkinci və üçüncü mərtəbələr isə qonaq otaqlarına ayrılıb. Binanın damındakı orijinal pilləkənli terras vasitəsilə baxış meydançasına qalxmaq mümkündür. Buradan dənizə və dağlara gözəl mənzərə açılır.