Ekskursiya turlarının növbəti mərhələsi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün növbəti maarifləndirici turlar noyabrın 16-dan 19-dək gerçəkləşib.
Ekskursiya turlarının dördüncü mərhələsində respublikanın 32 şəhər və rayonundan 1120 şagird iştirak edib. Turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki, Lənkəran-Astara-Lerik və Quba-Qusar-Xaçmaz) həyata keçirilib.
Aksiya çərçivəsində ölkə gəncləri sözügedən bölgələrdə tarix və mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış olublar. Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində səyahət etdikləri şəhər və rayonların turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər, həyata keçirilən infrastruktur layihələr barədə məlumat alıblar.
Ekskursiyalardan zəngin təəssüratla ayrılan iştirakçılar ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar