Noyabrın 17-də Səhiyyə Nazirliyinin rəsmi dəstəyi ilə, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi və Türkiyənin Spastik Uşaqlar Vəqfinin birgə əməkdaşlığı ilə Bakı Bərpa-Müalicə Mərkəzində “Sağlamlıq məhdudiyyəti olan uşaqların müalicəsi” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin birinci hissəsində nevroloqlar, uşaq həkimləri, psixoloqlar, psixoloji məsləhətçilər, fizioterapistər, özəl təlim mütəxəssisləri iştirak edib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev, tibb elmləri doktoru, professor İbadulla Ağayev, Türkiyənin Spastik Uşaqlar Vəqfinin sədri Nigar Evgin, Bakı Bərpa-Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərləri çıxış edib. Sonra təlim mütəxəssislərin iştirakı ilə davam etdirilib.
Təlimin ikinci hissəsində ailələrlə görüş keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar