Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) ilk dəfə “Vişeqrad Görüşləri” (“Visegrad Meetings”) tədbirində iştirak edib. “Vişeqrad Görüşləri” Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Vişeqrad lahiyəsi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən tədbirdə “Şərq tərəfdaşlığı”na daxil olan Mərkəzi Avropa ölkələri (Macarıstan, Çexiya, Polşa və Slovakiya) ilə yanaşı xüsusi qonaq qismində dəvət olunan Ukrayna və Azərbaycan nümayəndələri tərəfindən “IBTM World” sərgisində (Beynəlxalq İşgüzar Turizm Sərgisi) iştirak edən beynəlxalq alıcılar üçün təqdimatlar təşkil edilib.
Tədbirdə AKB-ni icraçı direktor Florian Sengstschmidt və beynəlxalq satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edib.
Büronun nümayəndə heyəti Azərbaycanı iştirakçılara inkişaf edən görüş məkanı kimi tanıdıb və ölkəmizdə görüşlər sənayesi sahəsində görülən işlər, həmçinin baş tutan və keçirilməsi planlaşdırılan beynəlxalq əhəmiyyətli tədbirlər və s. barədə məlumat verib.
2013-cü ildə yaradılan AKB-nin fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan olaraq təbliğ kimi biznes əhəmiyyətli işlər daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar