Tədbirdə ölkəmizin müvafiq qurumları da təmsil olunur

Noyabrın 30-da Qazaxıstanın Almatı şəhərində İslam Ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Qazaxıstan İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “Turizmin köməkçi hesabları” (TSA) mövzusunda regional seminar işə başlayıb.
Səkkiz ölkənin turizm, statistika və tədiyyə balansı üzrə ekspertlərinin iştirak etdiyi seminarda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev, Dövlət Statistika Komitəsinin sektor müdiri Rauf Əliyev, Mərkəzi Bankın Xarici sektorun statistikası şöbəsinin rəisi Svetlana Kərimova və İqtisadi informasiya şöbəsinin böyük mütəxəssisi Fuad Abbasovdan ibarət nümayəndə heyəti təmsil edir.
Tədbirin ilk günü daxili, gəlmə və getmə turizm statistikasının aparılması metodları, uğurlu TSA sisteminin tətbiqi üçün lazım olan institusional şərtlər, sözügedən sistemin cədvəllərinin strukturları və onlar arasında əlaqələr müzakirə olunub.
Seminarda Azərbaycanda TSA sistemi üzrə ilkin olaraq 4 cədvəlin qurulması, eləcə də digər cədvəllərin yaxın illərdə hazırlanmasına dair müvafiq məlumatlar verilib. C.Abdullayev ölkəmizdə turizm statistikasının vəziyyəti və nazirliyin gördüyü işlər, bu sahə üzrə məlumatların təkmilləşdirilməsi üçün nazirliyin təşəbbüsü və digər aidiyyəti qurumların iştirakı ilə yaradılan turizm statistikası üzrə işçi qrupun fəaliyyəti barədə danışıb. Regional seminar dekabrın 3-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar