Müalicə turizmi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

26-27 noyabr tarixində Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətində Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Azərbaycanın Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev də yer alıb. Tədbirə kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları qatılıb.
Biznes-forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Belarus əməkdaşlığının uğurla inkişaf etdiyini, müxtəlif sahələr üzrə müqavilə-hüquqi bazanın yaradıldığını bildirib. Qeyd olunub ki, indiyədək iki ölkə arasında ümumilikdə 90-dək sənəd imzalanıb. Ticarət sahəsində əməkdaşlığın bu əlaqələrin mühüm istiqamətlərindən olduğunu deyən Şahin Mustafayev bildirib ki, hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Nazir iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.
Belarusun sənaye naziri Vitali Vovk əməkdaşlıq perspektivləri barədə danışıb, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes-forumların əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində Belarusun "Sentrkurort" şirkəti ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında turizmin inkişafı barədə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar