Mədəniyyət və Turizm Nazirliyinin nəzdində, dövlət və özəl sektorun əməkdaşlığı əsasında fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) artıq dördüncü dəfədir ki, M&I Forumunda təmsil olunub.
22-26 noyabr tarixində Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə Konqreslər Bürosunun beynəlxalq satış və marketinq üzrə meneceri Ayan Zeynalova iştirak edib.
M&I Şərqi Avropa, Körfəz və Hindistan Forumu bu dəfə dünya görüşlər sənayesi bazarının ən nüfuzlu və aparıcı üzvlərini, 150-dən çox alıcını və 70 təchizatçını bir araya gətirib. M&I forumları görüşlər sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Tədbir çərçivəsində AKB adından peşəkar alıcılarla 60-dan çox planlaşdırılmış görüş keçirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar