2016-cı il yanvarın 1-dən Rusiya ilə Türkiyə arasında vizasız gediş-gəliş dayandırılacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu qərar Rusiya Federasiyasının və ölkə vətəndaşlarının təhlükəsizliyi ilə əlaqədar qəbul edilib.
İki ölkə arasında vizasız gediş-gəliş haqqında saziş 2010-cu ildə imzalanıb. Sənədə əsasən, bir ölkənin vətəndaşları digər ölkədə 30 gün ərzində vizasız qala bilərlər. 2013-cü ildə Türkiyə birtərəfli qaydada bu müddəti 60 günədək uzadıb.
Rusiya hökuməti həmçinin “Rosturizm” dövlət agentliyinə Türkiyəyə turist səfərlərini və çarter reyslərini dayandırmağı tapşırıb.
İki ölkə arasında təyyarə insidenti ilə başlanan gərginliyin ən böyük zərbəsi məhz turizm sektorunda hiss olunacaq. Ötən il Rusiyadan 3,3 milyon insan Türkiyəyə turist səfəri edib. Yay mövsümündə rusiyalı hər dörd turistdən biri məhz Türkiyəni seçirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar