Dünya şəhərlərinin restoranlar üzrə reytinqini hazırlayan nüfuzlu “Mişlen” bələdçisi növbəti dəfə birinciliyi Yaponiya paytaxtına verib. Tokio bununla artıq doqquzuncu dəfə dünyanın “kulinariya paytaxtı” seçilib.
“Mişlen” bələdçilərinin beynəlxalq direktoru Maykl Ellis bildirib ki, Tokioda o qədər çox və geniş çeşidə malik restoran var ki, bu, Yaponiya paytaxtını kulinariya baxımından cəlbedici şəhərə çevirir.
Builki reytinqdə Tokio şəhərindəki 217 restoran “Mişlen” bələdçisindən ulduz alıb. Onlardan 13-cü ən yüksək dərəcəyə - üç ulduza layiq görülüb.
“Mişlen” restoran bələdçisi ilk dəfə 1900-cü ildə nəşr olunub. 20-ci illərdə isə bələdçi kataloqunda restoranlar üçün ulduz kateqoriyaları tətbiq olunmağa başlanıb. “Mişlen” restoran bələdçisi dünya restoran biznesinin “Oskar”ı sayılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar