Dekabrın 6-da “New Baku” hotelində “Restoranda xidmət standartları” mövzusunda təlim keçirilib.
Azərbaycan Turizm və Menecment Universitetinin mehmanxana və restoran biznesi kafedrasının müəllimi İlkin Əhmədov dinləyicilərə qida sahəsində xidmət standartları, masa xidməti standartları, sifariş götürmə qaydaları haqqında ustad dərsi keçib. Təlimdə həmçinin qonağın qarşılanmasından yola salınmasına qədər göstərilən xidmətlər, müştəri ilə ünsiyyət, restoran xidmətində “sendviç” hazırlanması qaydaları tələbələrə əyani şəkildə göstərilib.
Tədbirdə Turizm və Menecment Universitetində təhsil alan tələbələr və restoran sahəsində çalışanlarla yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali məktəblərin tələbələri və bir neçə ictimai iaşə müəssisəsinin təmsilçiləri də iştirak ediblər. İştirakçı sayının çoxluğu səbəbindən təlim iki gün davam edib.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar