Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov Almaniyanın ölkəmizdəki səfiri xanım Heindrun Tempel ilə görüşüb.
Rektor Cəfər Cəfərov ölkələrimiz arasında mövcud olan əlaqələrdən və münasibətlərin daha da inkişaf etməsindən məmnunluğunu bildirib, almaniyalı diplomata Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti, xarici əlaqələri, xüsusən Almaniyanın tədris ocaqları ilə mövcud əməkdaşlığın müsbət nəticələri və gələcək planlar haqqında məlumat verib.
Görüş zamanı iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, eyni zamanda nəzərdə tutulmuş ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə mövzusu olub.
Sonra xanım Tempel universitetdə təhsil alan tələbələrlə görüşüb, Almaniyada turizmin müasir vəziyyəti, ölkəsinin turizm potensialı haqqında danışıb.
Qonaq ATMU-nun kitabxanası, dil mərkəzi və digər struktur bölmələrinin fəaliyyəti ilə yaxından maraqlanıb. Ziyarətin sonunda xanım Tempel universitetdə alman dili fənnini tədris edən yerli müəllimlərlə fikir mübadiləsi aparıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar