"Əl-Cəzirə" jurnalında ölkəmiz haqqında məqalə dərc edilib

"Əl-Cəzirə" jurnalının noyabr nömrəsində "Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı" adlı məqalə dərc edilib. "Əl-Cəzirə" Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və "Əl-Cəzirə" televiziyasının müşaviri doktor Fatimə əs-Samədinin müəllifi olduğu məqalə oxucuları Azərbaycan tarixi ilə, onun zəngin mərhələləri ilə yığcam şəkildə tanış edir.
Müəllif yazır: "Azərbaycanın şahidi olduğu müxtəlif tarixi mərhələlər qədim bəşər irsinə sahib olan bu ölkədə formalaşmış mədəni komponentlərdə böyük iz qoyub. Orada, Qobustanda tarixi qədim daş dövrünə gedib çıxan ən qədim insan məskənlərindən birinin izləri var. Bu izlər Quruçay mədəniyyəti və bəşər mədəniyyətinin inkişafı ilə bağlıdır, Azərbaycandakı bir neçə mağarada üst paleolit və son tunc dövrlərinə aid mədəniyyətləri göstərir".
Müəllif qeyd edir ki, Azərbaycan geosiyasi mövqeyinin ona verdiyi üstünlükləri dərk edir və bundan irəli gələn imkanları genişləndirməyə çalışır. O, Şərqlə Qərb arasında əsas ticarət və enerji yollarının qovuşuğunda yerləşən ölkədir. Dünyəvi sisteminə baxmayaraq, özünün islam dünyası və irsi ilə bağlılığını qırmayıb və buna səy göstərmir, Avropa ilə Asiya arasında təbii körpüdür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar