Azərbaycan Turizm və Menecment Universitetinin heyəti Almaniyanın Jade Universitetində keçirilən təlimlərin iştirakçısı olub. “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusuna həsr olunmuş təlimlərə Gürcüstan, Ukrayna və başqa ölkələrdən də iştirakçılar qatılıb.
Ölkəmizi ATMU-dan Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli, turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Sara Bağırlı, universitetin tələbələri və Naxçıvan Dövlət Universitetinin bir magistrantı təmsil edib.
Səfər çərçivəsində nümayəndə heyətləri üçün Almaniyanın tarixi, mədəni yerlərinə ekskursiyalar təşkil olunub. Treninqin sonunda iştirakçılara mükafat və sertifikatlar verilib.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar