Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanının icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılmışdır.
Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə təşkil edilməsi nəzərdə tutulurdu.
Fərmanda xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məsələləri əksini tapmışdır. Eyni zamanda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması Fərmanda əks olunmuşdur.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ölkədə mehmanxana sektorunun və turizm sənayesinin inkişaf etdirilməsi, bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə müvafiq təkliflərini təqdim etmişdir. Nazirlik tərəfindən turizm sahəsində biznes mühitinin daha da əlverişli edilməsi məqsədilə, dövlətin bu sahənin inkişafına diqqət və qayğısının, təşviqedici addımlarının davamı olaraq respublikada mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə və turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinin ləğv olunması təklif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti 21 dekabr 2015-ci il tarixdə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzalamışdır. Fərmanda “Lisenziyalaşdırma Qaydası” təsdiq edilmişdir. Qeyd olunmuşdur ki, bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.
Həmçinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ləğv edilmişdir. Buna əsasən, bir sıra fəaliyyət növləri ilə yanaşı, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə və turizm fəaliyyətinə də lisenziya verilməsi ləğv olunmuşdur.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılmışdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar