Ölkəmiz beynəlxalq mədəni turizm layihəsinə qoşulub

Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının mədəni marşrut layihələrindən olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub.
Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliği Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən layihəyə indiyədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, həmçinin 22-dək Avropa ölkəsi tərəfdaş qismində çıxış edir.
Layihəyə üzv olmaq məqsədilə ilk addım olaraq nazirlik tərəfindən ölkəmizdə mövcud olan yəhudi irsi üzrə müvafiq proqram hazırlanıb. Proqrama paytaxt Bakı ilə yanaşı, Qubadakı Qırmızı qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin orada fəaliyyət göstərən yerli sinaqoqlarla bağlı informasiya əlavə olunub. 2016-cı ilin mart ayında assosiasiyanın ekspertlərinin müvafiq proqram üzrə ölkəmizə səfəri nəzərdə tutulur.
Azərbaycanda yəhudi irsi üzrə marşrut assosiasiyanın internet səhifəsində yerləşdirilib ().
Azərbaycanda yəhudi icmalarının mövcudluğunu, ölkəmizdə dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əlverişli olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar