İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür

İspaniyanın elconfidencial.com portalı 2016-cı il üçün səfər horoskopu tərtib edib. Burada hər bürcə onun xarakterinə uyğun səfərlər məsləhət görülür. Buğa bürcündən olanlara Azərbaycan paytaxtı Bakıya səfər etmək məsləhət edilir.
Macəra sevən, yeniliklər axtaran insanlar kimi xarakterizə olan Buğa bürcü altında doğulanlara Qafqazda, Xəzərin sahilində yerləşən əsrarəngiz Bakıya səfər tövsiyə olunur. Deyilir ki, Bakı müasirliyin və tarixin vəhdət təşkil etdiyi sehrli bir məkandır. Bakıda İçərişəhərdə qədimliyin şahidi ola, konsert salonlarında, teatrlarda müasir incəsənətdən həzz ala bilərsiniz.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar