Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasında Belarus Tibb Akademiyasının rektoru, tibb elmləri doktoru Mixail Qerasimenko ilə görüş keçirilib. Görüşdə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç də iştirak edib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, əməkdaşlıq imkanları müzakirə edilib.