“Baku Guide” kataloqunun yanvar sayı çapdan çıxıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun 2016-cı il yanvar sayı işıq üzü görüb.

"Bakı haqqında hər şey" ("All about Baku") konseptində, Azərbaycan, ingilis və rus dillərində hazırlanan kataloqun yeni sayı da zəngin informasiya və dolğun materialları ilə seçilir. Paytaxtın teatr və konsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin, muzey və sərgi salonlarının yanvar ayı üçün ətraflı repertuar və afişaları oxucuların diqqətinə çatdırılır.
Nəşrdə paytaxtımızın qonaqlarına Azərbaycanda Yeni il bayramının qeyd olunmasının tarixi və bu günü barədə məlumat verilir. Müstəqillik dövründə bu bayramın yeni bir çalar qazandığı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə birgə il sonunda ikiqat bayramın qeyd edildiyi vurğulanır.
Bələdçi kataloqunda Bakının tarixi məkanları və mədəniyyət abidələrindən, eləcə də bəşəriyyətin xəzinəsinə daxil edilən maddi və qeyri-maddi mədəni irs nümunələrimizdən bəhs edilir. Həmçinin bu yaxınlarda UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na salınan Lahıc misgərlik sənəti, bu sənətin yaşadıldığı, hər il minlərlə xarici turist cəlb edən Lahıc qəsəbəsi haqqında söz açılır.
“Odlar yurdunda qış istirahəti” məqaləsi isə Yeni il tətili günlərini Azərbaycanın qış turizm mərkəzlərində, “Şahdağ” və “Tufandağ” komplekslərində və digər bölgələrimizdə təbiət qoynunda keçirmək istəyənlərə ünvanlanıb. Paytaxtdan 40 dəqiqəlik səfərə çıxmaq istəyənlər isə Bakı-Sumqayıt elektrik qatarı haqqında yazını oxuya bilərlər.
“Milli mətbəx” rubrikasında bu dəfə şəhərimizin qonaqlarına süfrələrimizin şahı - “Şah plov” haqqında məlumat verilir, onun hazırlanma qaydası əcnəbi oxuculara çatdırılır.
Aktiv, adrenalin dolu istirahətə üstünlük verən qonaqlarımız onları maraqlandıran əyləncə gecələri, konsert və partilər barədə məlumatı “Events” bölməsindən əldə edə bilərlər.
“Turistlər üçün informasiya” bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə" yazıları, turizm agentləri, aviakassalar, hava yolları və s. bölmələr də paytaxtımıza təşrif buyuran qonaqlar üçün mühüm informasiya mənbəyidir. Bələdçi kataloqunda həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar