Avstriyanın paytaxtı Vyanada dünyadakı uşaq evlərinə yardım məqsədilə 47-ci Beynəlxalq Bazar Festivalı keçirilib.
BMT-nin Vyana Mərkəzi tərəfindən təşkil edilən tədbirdə müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, Azərbaycan da geniş tərkibdə təmsil olunub. Festivalda Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, diplomatik korpusun əməkdaşları və ailə üzvləri, həmçinin Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində mübadilə proqramı çərçivəsində təhsillərini davam etdirən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Şahin Paşazadə və Əfruz Məmmədova da iştirak ediblər.
Universitetin tələbələri Azərbaycana aid stendin tamaşaçılarına ləziz milli təamlar - plov, dolma, kabablar, müxtəlif şirniyyatlar təklif ediblər. Azərbaycan və ölkəmizin ayrılmaz bölgəsi olan Qarabağ haqqında broşürlər və sair çap məhsullarının satışından toplanan vəsait isə yardım olaraq BMT-nin Vyana Mərkəzi tərəfindən dünyadakı uşaq evlərinə göndərilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar