Dubayda qaranlıqda işıq saçan park açılıb. Dünyada ən böyük belə park “Dubai Garden Glow” adlanır. Bu park Dubayın “Zabeel Park”ında yerləşir və ölkənin ən qeyri-adi və cəlbedici görməli yerlərindən biri olmağa namizəddir.
Yerli medianın məlumatına görə, işıq saçan sehrli bağın ərsəyə gəlməsində dünyanın hər yerindən 150-dək usta və rəssamın zəhməti var.
Parka gələnlər Afrika savannasının işıq installyasiyalarını, Əbu-Dabidə yerləşən böyük şeyx Zayed məscidinin, Bürc-Xəlifə göydələninin və kainatın digər möcüzələrinin işıq installyasiyalarını görə biləcəklər. İşıq saçan “Dubai Garden Glow” parkı dünyanın ən böyük parkıdır və onun yaradıcıları artıq “Ginnesin rekordlar kitabı”na müraciət ediblər.