İran tərəfi Təbriz-Bakı-Təbriz və Məşhəd-Bakı-Məşhəd aviareyslərinin İranın aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət göndərib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, qonşu ölkənin müraciətinə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən müsbət cavab verilib. Lakin İran tərəfindən bu aviareyslərin həyata keçirilməsi ilə bağlı vaxt və digər məsələlər barədə hələlik heç bir məlumat daxil olmayıb. Odur ki, sözügedən məsələ hazırda “Azərbaycan Hava Yolları” QSC-nin gündəliyində deyil.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar