Ölkəmiz ilk dəfə olaraq Gürcüstanla birgə stendini təqdim edib

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm imkanları 2016-cı ilin ilk sərgisində - 7-10 yanvar tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən “The New York Times Travel Show” sərgisində nümayiş olunub.

Sərgi çərçivəsində ölkəmiz ilk dəfə olaraq Gürcüstanla birgə stendlə iştirak edərək, iki ölkədən ibarət “Qafqaz məhsulu” təqdim edib. Sərgidə 45 kvadratmetr sahədə iki ölkənin turizm potensialını əks etdirən stend qurulub. Sərgidə iştirak “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə gerçəkləşib.
Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətdə nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, “Azərbaycan Hava Yolları” QSC-nin ABŞ üzrə təmsilçisi Rinat Əzizov, Azərbaycan Konqreslər Bürosunun satış üzrə meneceri Ayan Zeynalova, “Turizm.Az” şirkətinin direktoru Murad Kərəmov, “Spektr Travel” şirkətinin direktoru Göydəniz Qəhrəmanov yer alıb.
Sərgi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bir sıra görüşlər keçirib. Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Georgi Çoqovadze ilə görüşdə tərəflər uzaq məsafəli ölkələrdə birgə stendlə iştirakın əhəmiyyətini vurğulayaraq, regiona daha çox turist cəlb edilməsində bu təcrübənin önəmini qeyd ediblər. Görüş zamanı bu il ərzində Yaponiya, Cənubi Koreya və Çin kimi digər uzaq məsafəli ölkələrdə də analoji təcrübənin tətbiq edilməsi, MİCE (işgüzar) turizmi üzrə təcrübə mübadiləsi aparılması müzakirə edilib. Bundan əlavə, il ərzində ABŞ-ın bir sıra şəhərlərində silsilə təqdimat tədbirlərinin keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.
Nazir müavini Birləşmiş Ştatlar Tur Operatorları Assosiasiyasının (USTOA) prezidenti Terri Deyl və təşkilatın üzvlük və proqramlar üzrə direktoru Luis Maravi ilə də görüşüb. Söhbət zamanı ölkəmizin turizm təşkilatlarının USTOA-ya yaxın gələcəkdə üzv olması, təşkilatın dəstəyi ilə Azərbaycanın ABŞ-da təqdimatlarının təşkili, ölkəmizin turizm sənayesi nümayəndələri ilə Nyu-York, Los Anceles və başqa şəhərlərdə fəaliyyət göstərən turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, təşkilatın üzv operatorlarının nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin keçirilməsi kimi məsələlər müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar