Azərbaycanın İtaliyanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko Palermo şəhərinin meri Leoluka Orlando, şəhərin iqtisadi inkişaf və məşğulluq üzrə müvəkkili Covanna Marano və merin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Donatella Qariffo ilə görüşüb. Söhbət zamanı Azərbaycan-İtaliya əlaqələrinin hazırkı vəziyyəti, ölkəmiz ilə Siciliya regionu arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olub.
Görüşdə Palermo şəhərinin rəsmilərinin, iş adamlarının daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, bu görüş Azərbaycanın bölgələri ilə Siciliya arasında əməkdaşlığın güclənməsinə töhfəsini verəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar