Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin və “Silk Way Travel” turizm şirkətinin təşkilatçılığı ilə Rusiyanın 10 turizm şirkəti üçün infotur təşkil olunub.
İnfotur çərçivəsində Bakıda yerləşən “İntourist” və “Boulevard hotel” kimi yeni beşulduzlu mehmanxanaları ziyarət edən turizm agentliklərinin nümayəndələri həmçinin İçərişəhər, Qız qalası, Azərbaycan Xalça Muzeyi və bir sıra tarix və mədəniyyət abidələri ilə tanış olublar.
Yanvarın 13-də “Şahdağ” Turizm Mərkəzinə yollanan qonaqlar burada “Pik Palace” və “Park Chalet” hotellərinin infrastrukturu, göstərilən xidmətlərlə yaxından tanış olub, kanat vasitəsilə dağa qalxaraq Şahdağ yüksəkliklərini seyr ediblər.
Turizm agentliklərinin nümayəndələri ertəsi gün də “Şahdağ” Turizm Mərkəzində yaradılmış şərait və xizək yolları, o cümlədən xizək məktəbinin xidmətləri ilə tanış olublar.
Rusiya turizm təmsilçilərinin ölkəmizə səfəri yanvarın 15-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar