Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev regionların iqtisadi və sənaye potensialının artırılmasının vacibliyini vurğulayaraq, bunun üçün imkanların olduğunu bir daha diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, yerlərdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişaf etdirilməsi, sənaye məhəllələrinin, texnoparkların yaradılması büdcədən asılılığı aradan qaldıracaq.
Qaldırılan məsələlərin həlli istiqamətində Xaçmaz rayonunda da işlər aparılır. Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova bildirib ki, əsas prioritet sahələr kimi turizm, emal sənayesi, kənd təsərrüfatı, orta və kiçik sahibkarlığın inkişafını göstərmək olar.
Xaçmaz ölkəmizin turizm imkanları geniş olan rayonlarındandır. Ölkəmizə gələn turistlərin daha çox üz tutduğu, Xəzər dənizi və sıx meşəliklərlə əhatə olunmuş Nabran istirahət zonası bu rayonun ərazisində yerləşir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası müddətində rayon ərazisində 10-a yaxın mehmanxana, eləcə də 60-dək istirahət mərkəzi yaradılıb. İstirahət zonasında və ətraf ərazilərdə vacib infrastruktur layihələri icra olunur.
Ötən ilin dekabr ayında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun Seyidlikəndyeri kəndində 35/10 kilovoltluq yeni, müasir avadanlıqlarla təchiz olunan yarımstansiya istifadəyə verilib. Yarımstansiyanın inşa olunması Nabran istirahət zonasında və ətraf yaşayış məntəqələrində həm əhalinin, həm də ərazidə fəaliyyət göstərən çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi dönüş yaradıb. Yaxın gələcəkdə Nabran istirahət zonasında yol infrastrukturunun yenilənməsi işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Bu da həm yerli, həm də əcnəbi turistlərin Xəzər sahillərində yerləşən istirahət mərkəzlərinə və çimərliklərə rahat gəliş-gedişini təmin edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar