Yanvarın 28-də Türkiyənin İstanbul şəhərində “EMİTT-2016” (“East Mediterranean Tourism and Travel Exhibition” - Şərqi Aralıq dənizi Turizm və Səyahət Sərgisi) sərgisi işə başlayıb.

TÜYAP Konqres və Sərgi Mərkəzində keçirilən sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Heyətə Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, həmçinin 20-dək turizm şirkəti və hotelin, “Azərbaycan Hava Yolları”nın təmsilçiləri daxildir.
Sərgi zalında nazirlik tərəfindən icarəyə götürülmüş 77 kvadratmetr sahədə Azərbaycanın turizm imkanlarının nümayiş olunduğu stend qurulub. Stendimizin ziyarətçi və qonaqlarına türk və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları təqdim olunur. Stenddə ölkəmizin inkişafını, tarixi və təbiət mənzərələrini, mədəniyyətini əks etdirən fotolar, böyük monitorlarda Azərbaycan haqqında reklam çarxları nümayiş olunur.
Yanvarın 31-dək davam edəcək sərgi çərçivəsində şirkət və hotel təmsilçilərimiz digər ölkələrdən həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün danışıqlar aparacaqlar.
Qeyd edək ki, EMİTT sərgisi miqyasına görə dünyanın beşinci turizm sərgisi hesab olunur. Bu il sərgiyə 80-dək ölkədən 4 mindən çox şirkət qatılıb. Azərbaycan 2003-cü ildən başlayaraq İstanbulda turizm sərgisində iştirak edir.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar