Fevralın 7-də “Xtreme Pro” və “Bizon Energy Drink”in sponsorluğu ilə “Şahdağ” Turizm Mərkəzində növbəti əyləncəli yarış təşkil olunacaq.
Mərkəzdən verilən məlumata görə, “Run n" Roll” adlı oyunda iştirakçılar iki nəfərdən ibarət komandalar şəklində yarışaraq nəhəng hava şarı ilə “bowling” keqllərini dağıtmağa çalışacaqlar. Tədbirdə iştirak edənlər maraq, adrenalin və həyəcan dolu anlar yaşayacaq.
Yarışın sonunda maraqlı konsept, kreativ geyim, sürətlilik və dəqiqlik, həmçinin tamaşaçı simpatiyası meyarları əsasında münsiflər heyəti tərəfindən 3 qalib komanda seçiləcək və onlara tədbirin təşkilatçılarının müxtəlif qiymətli hədiyyələri veriləcək. İştirak etmək istəyənlərin arasında öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən 20 komanda bu yarışa qatılmaq hüququ əldə edəcək.
Məlumat üçün bildirək ki, iştirakçıların, eləcə də media nümayəndələrinin avtobus və yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.
Belə əyləncəli oyunlar zamanı zəruri təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunur. Həmçinin iştirak edənlər tədbirin rəsmi sığorta tərəfdaşı "Paşa Sığorta" tərəfindən sığortalanacaq.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi hər il ənənəvi olaraq həyəcan və əyləncə sevənlər üçün bu qəbildən proqramlar təşkil edir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər əvvəlki illərdə də böyük marağa səbəb olub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar