Avstriyanın turizm sektoru üçün 2015-ci il rekord göstəricilərlə başa çatıb. Ötən il Avstriya hotellərində 135,14 milyon gecələmə qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2,5 faiz artım deməkdir. Avropa İttifaqı və Rusiya arasında yaranan gərginlik fonunda rus turistlərinin sayının azalmasının (34 faiz) turizmə mənfi təsir edəcəyi proqnozlaşdırılsa da, digər ölkələrdən gələn turistlər sayəsində gecələmələrin sayında rekord nəticələr əldə edilib.
Avstriya Statistika İdarəsinin məlumatına əsasən, ölkəyə gələn turistlərin əsas hissəsi qonşu ölkələrin (Almaniya və İtaliya) payına düşür. 2015-ci ildə Avstriyada tətil edən turistlərin 36,3 faizi istirahət üçün dörd və beşulduzlu hotelləri seçiblər.
İl ərzində Avstriya hotellərində qeydə alınan qonaqların sayı 39,4 milyon nəfər olub, onların 26,71 milyon nəfəri xarici vətəndaşlar, 12,7 milyon nəfəri isə yerli sakinlər olub. Nəzərə alsaq ki, Avstriyanın 8,5 milyon əhalisi var, onda ölkə vətəndaşlarının yarıdan çoxu il ərzində azı iki dəfə daxili turizm səfərinə çıxıb.
Qeyd edək ki, ötən il Avropa İttifaqına üzv olan 28 ölkə üzrə ümumi turist gecələmələrinin sayı 2,8 milyard olub. Ən çox turist gecələmələri siyahısına Avropanın böyük ölkələri İspaniya, Fransa və İtaliya başçılıq edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar