Fevralın 11-dən 13-dək Milanda, 16-dan 19-dək isə Tehranda beynəlxalq turizm sərgiləri keçiriləcək. Hər iki sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.
Sərgilərdə qurulacaq stendlərdə Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təqdim ediləcək. Ziyarətçi və iştirakçılara paylanması üçün ingilis, italyan, fransız, rus, fars və digər dillərdə müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.
Sərgilərə nazirliyin Turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələri də qatılacaq.
Qeyd edək ki, ölkəmizin turizm imkanlarının bu il 18 beynəlxalq sərgidə nümayişi nəzərdə tutulur. Ötən il 16 beynəlxalq sərgidə milli stendimiz qurulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar