Mədəni irs və tarixi abidələrimizin təbliği ilə bağlı layihənin icrasına başlanılıb

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Mədəni irs və tarixi abidələrimizin təbliği” mövzusunda elan edilən müsabiqənin qalibi olmuş “Gələcək naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!” adlı layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində 6-7 fevral tarixində Qazax rayonunun və 13-14 fevralda Quba rayonunun muzey və tarixi abidələrinə ekskursiyalar təşkil olunacaq.
Eyni zamanda Qazax və Quba rayonlarının mədəniyyət mərkəzlərində təlimlərin təşkil olunması, mədəni irs abidələri haqqında tədbir iştirakçılarının məlumatlandırılması, tarixi abidələr haqqında nəşr olunmuş buklet və cib təqvimlərinin paylanması nəzərdə tutulub.
Layihənin məqsədi Azərbaycan gəncliyinin inkişafına dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara Azərbaycançılıq ideologiyasını aşılamaqdır.