Ötən il Gürcüstana 6 milyon turist gəlib

Ötən il Gürcüstana 6 milyona yaxın xarici ölkə vətəndaşı səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze fevralın 2-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun bildirdiyinə görə, 2015-ci ildə Gürcüstana 1,3 milyon Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları arasında ikinci yerdədir. Ötən il Gürcüstana gələn Azərbaycan vətəndaşlarının sayı 2014-cü illə müqayisədə 9 faiz artıb.
Administrasiya rəhbərinin sözlərinə görə, xarici turistlərin sayının çoxalması ölkənin dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olub.