Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda ölkəmizdə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.
Ötən il ərzində milli parkların ərazisinə daxil olan turistlərin sayı 75 min nəfər olub. Onlardan 1050 nəfəri xarici ölkə vətəndaşlarıdır.
2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 815 akt və 263 protokol tərtib edilib. Qanun pozucularına görə inzibati qaydada 169 min 630 manat məbləğində cərimə tətbiq edilib.
O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək onlardan 57 ov silahı götürülüb. Təqsirkar şəxslərə qarşı 67800 manat məbləğində cərimə tətbiq edilib.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar