Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi 2016-cı ilin fevralından başlayaraq Qusar rayon mərkəzində və kəndlərində yerləşən məktəblər üçün “xizək proqramı”nı açıq elan edib. Proqrama əsasən, VII-XI sinif şagirdləri üçün qrup şəklində məşğələlərin təşkili, məktəblilərin mərkəzə gətirilməsi və geri qaytarılması, xizək avadanlıqlarını, xüsusi geyimlərin icarəsi və kanat yollarından istifadə edilməsi “Şahdağ” Turizm Mərkəzi tərəfindən təmin ediləcək. 2 saatlıq məşğələlər zamanı Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin peşəkar təlimçiləri məktəblilərə xizək sürməyin ən təhlükəsiz və asan yollarını öyrədəcəklər. Yalnız xizəksürmə ləvazimatlarının kirayə haqqının yarısını ödəməklə iştirakçılar beynəlxalq dərəcəli təlimçilərdən dərs ala biləcəklər.
Qeyd edək ki, turizm mərkəzinin ötən il təşkil etdiyi 3 aylıq proqram üzrə ümumilikdə 800-dək məktəbli xizək dərsi alıb. Proqram şagirdlərin hədsiz marağına səbəb olub və bu səbəbdən bu il yenidən “xizək dərsləri” təliminə start verilib. Builki proqram kənd məktəblərini də əhatə edir. Bu cür stimul verən tədbirlər eyni zamanda ölkəmiz üçün yeni olan xizək idman növünün inkişafına töhfədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar