Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində media nümayəndələri üçün press-tur təşkil olunub.
Press-turun təşkil olunmasında əsas məqsəd “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat verməkdir.
Səfər çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki "Zirvə", "Shahdag Hotel &Spa" mehmanxanaları və digər turizm obyektləri ilə tanış olublar. Jurnalistlər burada yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, imkanları haqqında ətraflı məlumat alıblar.
“Şahdağ” Turizm Mərkəzinin əməkdaşı bildirib ki, hazırda mərkəzin ərazisində 5 hotel fəaliyyət göstərir. Bu hotellərdə 1100 nəfərin gecələməsi üçün şərait var. Ümumilikdə isə mərkəz bir dəfəyə 10 min nəfərə yaxın turisti qarşılamaq gücündədir. Burada 11 kanat xətti, 19 xizək enişi yamacı, həmçinin «Ovdan SPA» mərkəzi və hovuz turistlərin ixtiyarındadır. Kompleksin restoranlarında Azərbaycan mətbəxi ilə yanaşı, dünya mətbəxi nümunələri də təqdim edilir.

Press-tur fevralın 12-də başa çatacaq.
Qeyd edək ki, inşasına 2009-cu ildə başlanılan və ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilən “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunda Şahdağ Milli Parkının ərazisində, dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 2058 hektar olan kompleks Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir.
Fariz