Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan və Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunda növbəti görüş keçirilib.

Büronun budəfəki qonağı Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) icraçı direktoru Mark Sirk olub.
7-9 fevral tarixlərində ölkəmizdə olan qonağın səfərinin əsas məqsədi Azərbaycanda konfransların təşkili üçün fəaliyyət göstərən infrastrukturla tanışlıqdır. Mark Sirk “Baku Boulevard Hotel” və Heydər Əliyev Mərkəzində olub.
Səfər çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Sengstschmid ilə görüşən qonaq Azərbaycanın turizm perspektivlərini də müzakirə edib.
Dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından olan İCCA 100 ölkədə fəaliyyət göstərən 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçilərini bir araya gətirir.
Bu beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarından üzv olan Azərbaycan Konqreslər Bürosu İCCA-nın ölkəmizdən olan digər iki üzvü - Heydər Əliyev Mərkəzi və “Baku Boulevard Hotel” ilə birgə Azərbaycanın Görüşlər Sənayesini inkişaf etdirmək üçün səylərini gücləndirir.
Xatırladaq ki, 2014-cü ildə Azərbaycan ilk dəfə dünya görüş məkanları və bölgədə ən yaxşı göstəricilər üzrə beynəlxalq assosiasiya görüşləri reytinqinə daxil olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar